Modern.az

Rusiya müxalifəti bizə məlumat ötürür - Ukrayna kəşfiyyat rəhbəri

Rusiya müxalifəti bizə məlumat ötürür - Ukrayna kəşfiyyat rəhbəri

17 May 2023, 11:54

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, silahlı münaqişə başa çatdıqdan sonra Ukrayna və Rusiya arasında 100 kilometrlik demilitarizasiya zonası yaradılmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə "Time" nəşri məlumat yayıb.

 

“Müharibənin dayandırılması məsələsi demilitarizasiya zonasının yaradılmasından asılıdır. Bu, bizim məqsədimizdir ",- o deyib.


Budanov onu da bildirib ki, Kiyev Rusiya müxalifəti ilə işləyir. Kəşfiyyat rəhbərinin sözlərinə görə, rusiyalı müxalifətçilər Kiyevi lazımi məlumatlarla təmin edirlər. Ancaq o, Ukrayna kəşfiyyatı ilə əlaqədə olanların adlarını açıqlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi