Fransanın Apellyasiya Məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı korrupsiya ittihamı ilə 2 ili şərti olmaqla 3 il həbs cəzasını qüvvədə saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin 68 yaşlı Sarkoziyə gizli telefon xətti ilə hakimdən hüquqi araşdırma haqda məlumat almaq istədiyi üçün 3 il müddətinə dövlət vəzifəsində işləmək qadağan edilib.
Qeyd edək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə prezident olub.