Modern.az

Ukraynaya yardım üçün yığılan pulla özünə maşın aldı 

Ukraynaya yardım üçün yığılan pulla özünə maşın aldı 

17 May 2023, 16:06

Litva vətəndaşı Ukrayna üçün yığılan ianə hesabına özünə BMW markalı avtomobil alıb.


Modern.az xəbər verir ki, bu barədə "Lietuvos rytas" qəzeti yazıb.


Prokurorluğun məlumatına görə, Kaunas sakini ukraynalı könüllülərə kömək edən şəxslə əlaqə saxlayıb və 49 yük maşını təkəri alaraq Ukraynaya çatdıracağını vəd edib. Həmin şəxs yalan məlumatlarla faktura verərək Ukrayna xeyriyyə təşkilatından 18 min avro alıb, lakin öhdəliklərini yerinə yetirməyib. Əvəzində litvalı həmin vəsaitdən 13 min avro mənimsəyərək özünə BMW markalı avtomobil alıb.


Araşdırma zamanı məlum olub ki, fırıldaqçı şəxs 18,5 min avro dəyərində olan daha bir BMW markalı avtomobilin oğurlanmasında iştirak edib.

 

Məhkəmə Kaunas sakinini oğurluq və dələduzluqda təqsirli bilərək, onu iki il üç ay müddətinə azadlıqdan məhrum edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi