İtaliyanın şimalında daşqınlar 5 nəfərin həyatına son qoyub.
Modern.az xəbər verir ki, güclü yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub, nəticədə evlərin birinci mərtəbələrini su basıb.
Daşqın səbəbindən Emiliya-Romanya bölgəsində məktəblər bağlanıb, yollar su altında qalıb, hakimiyyət əhalini təxliyə edib. Ərazidə fövqəladə vəziyyət elan olunub.
Təbii fəlakət səbəbindən bölgədə keçirilməsi planlaşdırılan "Formula 1" Qran-Prisi ləğv edilib.