Modern.az

Ukraynanın "Patriot" sistemləri vurulub? - Ziddiyətli açıqlamalar

Ukraynanın

Dünya

17 May 2023, 23:30

Rusiya ordusu ötən gün Kiyevə "Kinjal" hipersəs raketləri ilə zərbələr endirməyə cəhd edib. Ukrayna ordusu raketlərin hamısının vurulduğunu bildirib.

 

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi zərbələr nəticəsində ABŞ-ın Ukraynaya verdiyi "Patriot" hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini açıqlayıb.

 

Nazirliyin açıqlamasında iddia edilir ki, "Patriot" sisteminin bir radiolokasiya stansiyası və beş buraxılış qurğusu “tamamilə məhv edilib”.

 

ABŞ Müdafiə Nazirliyindəki mənbələr də "Patriot" sistemlərinin vurulduğunu təsdiqləyib. Pentaqondakı adı açıqlanmayan mənbələr AFP agentliyinə bildirib ki, sistem minimal ziyan görüb. Mənbələrin məlumatına görə, əsas elementlərdən biri - radar komponenti zədələnməyib. 

 

Ancaq Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Yuri İqnat məlumatı təkzib edib. O, "Patriot"ların işlək vəziyyətdə olduğunu deyib.

 

Qeyd edək ki, Ukraynada iki "Patriot" sistemi var. Onlardan biri ABŞ-dan, ikincisi Almaniya və Niderlanddan alınıb. Sistemin qiyməti təxminən 1 milyard, hər raketin qiyməti isə təxminən 3-4 milyon dollardır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi