Modern.az

Macarıstan Baş naziri Ərdoğanı TƏBRİK ETDİ

Macarıstan Baş naziri Ərdoğanı TƏBRİK ETDİ

Dünya

17 May 2023, 23:40

Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində məlumat yayıb.

 

Orban Ərdoğanı seçkilərin ilk turundakı uğuruna görə təbrik edib və prezidentlik postunu qoruyub saxlayacağına əminliyini ifadə edib. O, mayın 28-də keçirilməsi planlaşdırılan seçkilərin ikinci turunda qələbə arzulayıb.

 

"İkinci turda uğurlar, Prezident! Güclü və sabit Türkiyə Macarıstan, Avropa və dünya üçün yaxşıdır”, - Orban yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi