Son bir saat ərzində Rusiya ordusu Odessa vilayətinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bir çox yerli sosial şəbəkə istifadəçiləri çoxsaylı partlayışların olduğunu bildirib.
Zərbələrlə bağlı rəsmi məlumat yayılmayıb. Odessa vilayətində, eləcə də qonşu Nikolayev və Xerson vilayətlərində hava hücumu xəbərdarlığı aktiv edilib.
Vilayətin şərqində və şimalında yerləşən bölgələrdə - Zaporojye, Dnepropetrovsk, Kirovohrad və Poltavada da hava xəbərdarlığı elan olunub.
Qeyd edək ki, Dnepropetrovsk və Kirovoqrad vilayətlərindən İran istehsalı PUA-ların uçuşu ilə bağlı xəbərlər yayılıb.