Modern.az

Süleyman Soylu İmamoğlu və Yavaşı üzr istəməyə ÇAĞIRDI

Süleyman Soylu İmamoğlu və Yavaşı üzr istəməyə ÇAĞIRDI

Dünya

18 May 2023, 09:26

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə Ankara  bələdiyyəsinin sədri Mansur Yavaşı üzr istəməyə çağırıb.

 

Modern.az xəbər verir ki, buna səbəb hər iki bələdiyyə başçısının seçki zamanı nəticə məlum olmamışdan əvvəl CHP lideri Kemal Kılıçdaroğlunun qələbə qazandığını elan etmələri olub.

 

"İki yazıq bələdiyyə sədri var. Əllərinə bir kağız alıb millətimizə "Biz irəlidəyik, qazandıq" dedilər. Onların bu millətə üzr borcları var. Üzr istəmədilər. Mən onların adından millətdən üzr istəyirəm”, - Soylu deyib.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi