Modern.az

Krımda dəmiryolu partladıldı: Taxıl dolu vaqonlar aşdı (FOTOLAR)

Krımda dəmiryolu partladıldı: Taxıl dolu vaqonlar aşdı (FOTOLAR)

Dünya

18 May 2023, 10:20

Rusiya tərəfindən ilhaq edilən Krımın Simferopol şəhərində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

 

Agentlik bildirib ki, qatarların hərəkətinin dayandırılmasına qəza səbəb olub, nəticədə taxıl daşıyan beş vaqon relsdən çıxıb.

 

Teleqram kanallarında dəmir yolunda partlayış baş verdiyi iddia edilir. Rusiya hakimiyyətinə yaxın "Mash" kanalı yazıb ki, dəmiryolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb. Hadisə yerli vaxtla səhər saat 08.20-də Simferopolun Baxçasaray rayonunda qeydə alınıb.

 

İtki və xəsarət alanlar barədə məlumat verilməyib.

 

1245495

1245496

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi