Modern.az

Qalmaqallı jurnal Türkiyə liderini hədəfə aldı – Kalından cavab

Qalmaqallı jurnal Türkiyə liderini hədəfə aldı – Kalından cavab

Dünya

18 May 2023, 11:10

Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları ilə tanınan Fransanın “Charlie Hebdo” jurnalının sonuncu buraxılışında prezident Rəcəb Tayyib Ərdoğan hədəfə alınıb.

 

Modern.az xəbər verir ki, Ərdoğanın hamamda təsvir edildiyi karikatura jurnalın son buraxılışının üz qabığında yerləşdirilib.

 

Qalmaqallı jurnal "Cloclo" ləqəbli fransız müğənni Klod Fransuanın hamamda olarkən elektrik cərəyanı vurması nəticəsində ölməsinə eyham vurub: "Cloclo kimi bizi ondan yalnız tale xilas edəcək", - deyə yazıb.

 

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın buna sərt reaksiya verib.

 

""Charlie Hebdo" kimi əski parçası olan jurnal əgər narahat olubsa, deməli, doğru yoldayıq. Pislik bəzən belə olur, yaxşılara yol göstərir. Türk milləti mayın 28-də keçiriləcək ikinci tur seçkilərində daha yüksək səslə jurnala ən yaxşı cavabı verəcək", - Kalın deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi