Rusiya Prezidenti Vladimir Putinin hörmət etdiyi yeganə insanlardan biri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır.
Modern.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Komitəsinin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Jirnov deyib.
Onun sözlərinə görə, Putin Ərdoğandan sonra Çin lideri Si Cinpinə hörmətlə yanaşır.
"Putin ondan qorxur, həm də qısqanır. Çünki Çin böyük ölkədir və əhalisi çoxdur. Çin öz oyununu oynayır. Bu, Putin üçün çətindir", - KQB-nin keçmiş zabiti qeyd edib.