Modern.az

Paşinyan hökuməti narkotik mafiyasına çevrilib - Erməni deputat

Paşinyan hökuməti narkotik mafiyasına çevrilib - Erməni deputat

Dünya

18 May 2023, 12:44

Ermənistanda narkotik dövriyyəsi artıb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Andranik Tevanyan deyib.

 

O qeyd edib ki, ölkə ərazisində 1.4 ton kokain dövriyyəsi var və bunun dəyəri 1 milyard dollardan çoxdur. Deputat bu qədər dövriyyənin Ermənistan hakimiyyəti ilə əlaqəli olduğunu vurğulayıb.

 

"Ermənistan hökuməti narkotik mafiyasına çevrilib və bunlarla bağlı əsaslı şübhələrimiz var. Düşünmürəm ki, Ermənistanda bir milyard dollarlıq dövriyyəni təmin edə biləcək kimsə var. Hakimiyyətlə heç bir əlaqəsi olmayan biri belə riskli addım ata bilməz", - deputat bildirib.

 

Tevanyan Ermənistan gömrüyündə ciddi korrupsiyanın olduğunu diqqətə çatıdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi