Modern.az

Lavrov taxıl sazişindən danışdı: Türkiyə ilə əlaqəsi yoxdur

Lavrov taxıl sazişindən danışdı: Türkiyə ilə əlaqəsi yoxdur

Dünya

18 May 2023, 14:52

"ABŞ nə indiki mərhələdə, nə də yaxın gələcəkdə Ukraynadakı vəziyyəti həll etmək üçün konstruktiv addımlar atmağa hazırdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Uqandanın xarici işlər naziri Jeje Odonqo ilə danışıqlardan sonra mətbuat konfransında deyib.

 

"Ukraynada nizamlanma üzrə Afrika missiyası ilə təmasların tarixləri razılaşdırılacaq, indi söhbət iyunun ortalarından - iyulun əvvəlindən gedir. Ukraynada nizamlanma üzrə Rusiya Federasiyasının Afrika ilə təmasları ekspertlər səviyyəsində müzakirə olunur. Moskva əmindir ki, Ukraynada nizamlanmada maraqlı olan Afrika böhranın səbəblərini anlayır. Taxıl sazişinin uzadılmasının Türkiyənin daxili siyasi vəziyyəti ilə heç bir əlaqəsi yoxdur", - o söyləyib.

 

"Rusiya Federasiyası taxıl sazişinin uzadılmasını yaxın 2 ayın həlledici olacağını başa düşərək dəstəkləyib", - Lavrov əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi