Modern.az

Ermənistan Hindistandakı səfirliyində hərbi attaşe ştatı açır

Ermənistan Hindistandakı səfirliyində hərbi attaşe ştatı açır

Dünya

18 May 2023, 16:10

Ermənistan Hindistandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə məsələ Ermənistan Nazirlər Kabinetinin iclasının gündəliyinə daxil edilib.

 

İclasda Ermənistan Nazirlər Kabineti Ermənistanın Hindistandakı səfirliyində hərbi attaşe ştatı açılacağını təsdiqləyib.

 

Bu vəzifəyə kimin təyin olunacağı, eləcə də təyinatın vaxtı hələlik məlum deyil.

 

Qeyd edək ki, son vaxtlar Ermənistanla Hindistan hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi