Modern.az

Moskvada TƏHLÜKƏ - Karantin elan edildi

Moskvada TƏHLÜKƏ - Karantin elan edildi

Dünya

18 May 2023, 16:58

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin şəhərin bir sıra rayonlarında heyvanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulduğunu elan edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, quş qripinin yayılması ilə əlaqədardır.

 

Epizootik ocaq Borisovski gölünün ərazisidir. Mütəxəssislərdən başqa heç kimin ora getməsinə icazə verilmir.

 

Brateevo, Kapotnya, Maryino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsyno, Biryulyovo Şərqi, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo bölgələrində karantin elan olunub. Heyvanların, o cümlədən quşların idxalı və ixracı, inkubasiya yumurtalarının kəsilməsi, lələklərinin çıxarılması, quşların gəzdirilməsi, ərzaqların hazırlanması, kənd təsərrüfatı yarmarkalarının, sərgilərin, hərracların və digər tədbirlərin keçirilməsi qadağandır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi