Modern.az

4 ildən sonra ilk dəfə Moskva-Tbilisi reysi ilə təyyarə uçdu

4 ildən sonra ilk dəfə Moskva-Tbilisi reysi ilə təyyarə uçdu

Dünya

19 May 2023, 11:03

Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-Tbilisi reysi ilə uçan təyyarəsi Vnukovo hava limanından havaya qalxıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu, son 4 ildə Rusiya ilə Gürcüstan arasında ilk birbaşa uçuşdur.

 

Hava limanının saytındakı məlumata görə, reys bir qədər gecikmə ilə uçub. Qrafikə görə, təyyarə Moskvadan saat 8:50-də yola düşməli olub, lakin faktiki uçuş saat 9:07-də ​​baş tutub. Təyyarənin Tbilisi Beynəlxalq Hava Limanına yerli vaxtla saat 13:38-də çatacağı gözlənilir.

 

Qeyd edək ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edib. Mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edilib. İndiyədək Rusiya aviaşirkətlərindən yalnız "Azimut" Gürcüstana uçmaq hüququ əldə edib. Tbilisi, Batumi və Kutaisiyə uçuşlar üçün icazə Rusiyanın daha 4 aviaşirkəti tərəfindən Gürcüstan hakimiyyətindən tələb edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi