Modern.az

İrəvanda atışma - Vəzifəli şəxs yaralandı

İrəvanda atışma - Vəzifəli şəxs yaralandı

Dünya

19 May 2023, 11:40

Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, saat 09:20 radələrində Maştots polis şöbəsinə Başincağyan küçəsindəki evlərdən birinin qarşısında silahlı insident olduğu barədə zəng daxil olub.

 

Polis hadisə yerində iki giliz tapıb. Davidaşen inzibati dairəsinin rəis müavini Koryun Arakelyan güllə yarası ilə hadisə yerindən tibb mərkəzinə çatdırılıb.

 

Faktla bağlı istintaq qrupu yaradılıb və cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi