"Baş nazirin müavininin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 80-dən çox üzvü Rusiya-İslam dünyası forumunda iştirak etmək üçün Kazana gəlib".
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
Qeyd edək ki, Ceyhun Bayramov Moskvada səfərdədir.
Lavrovun bu gün Ermənistan XİN başçısı Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub. Daha sonra üçtərəfli formatda görüş baş tutacaq.