Modern.az

Qaçqınların geri qayıtmağını istəyirik - Suriya XİN

Qaçqınların geri qayıtmağını istəyirik - Suriya XİN

Dünya

19 May 2023, 14:16

Suriyanın Xarici İşlər Nazirliyi qaçqınların ölkə qayıtması barədə açıqlama verib.

 

Modern.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, rəsmi Dəməşq qaçqınların Suriyaya geri dönməsini istəyir.

 

"Lakin Suriyaya qarşı sanksiyaların tətbiq olunması buna əngəl törədir", - deyə qeyd olunub.

 

Xatırladaq ki, 2011-ci ildə Suriyada prezident Bəşər Əsədə qarşı etirazlar vətəndaş müharibəsinə çevrildikdən sonra milyonlarla suriyalı ölkəsini tərk etməyə məcbur qalıb. Qaçqınlar əsasən, Türkiyə, Livan və İordaniya kimi həmsərhəd ölkələrə, eləcə də Avropaya köçüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi