"Türkiyə indi İsveçin NATO-ya üzv olmasına hazır deyil".
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə indi Qərbin etdiyi kimi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək mərhələsində deyil", - deyə o əlavə edib.
Finlandiya mart ayında alyansa qoşulduqdan sonra o, İsveçin üzvlüyünün onun gələcək addımlarından asılı olacağını bildirmişdi.
Mayın əvvəlində Türkiyə XİN başçısı Mövlu Çavuşoğlu bu məsələdə hələlik irəliləyiş olmadığını bildirmişdi.