Suriya prezidenti Bəşər Əsəd Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ciddədə keçirilən 32-ci Ərəb Liqası Sammitində iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Əmirlik nümayəndə heyətinin rəhbəri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşüb.
Modern.az xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyi bu barədə məlumat yayıb.
Əsəd Şeyx Mənsur bin Zayed ilə Suriya ilə BƏƏ arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarını müzakirə edib.