Modern.az

İrəvanda Paşinyanın oğlunu "oğurlayan" qadına dəstək AKSİYASI

İrəvanda Paşinyanın oğlunu

Dünya

19 May 2023, 15:20

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilib.

 

Modern.az  xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

44 günlük müharibədə ölən hərbçilərin ailələri Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd ittihamı ilə saxlanılan, müharibədə ölmüş əsgərin anası olan Qayane Akopyana aksiya ilə dəstək veriblər.

 

Onların tələbi Akopyanın azadlığa buraxılması olub. Aksiya zamanı etirazçılarla polis arasında toqquşma yaşanıb.

 

Saxlanılanlar barədə məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi