Modern.az

İranda daha üç nəfər edam edildi

İranda daha üç nəfər edam edildi

19 May 2023, 17:36

İranda daha 3 nəfər - Salih Mirhaşimi, Mecid Kazımi ve Said Yakubi adlı şəxslər edam olunub.

 

Modern.az xəbər verir ki, onlar "dövlətə qarşı müharibə açmaq" maddəsi ilə həbs edilib.

 

Edam edilən əxslər Məhsa Əmininin öldürülməsindən sonra başlanan etiraz aksiyaları zamanı 3 hüquq-mühafizə orqanı əməkdaşını öldürməkdə ittiham olunublar. 

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmini adlı qadının polis nəzarəti altında ölməsindən sonra ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Nümayişlərlə bağlı cinayətlərə görə 10-dan çox adam edam cəzasına məhkum edilib.

 

Ölüm hökmlərinin bəziləri Ali Məhkəmə tərəfindən ləğv edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi