Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən ikitərəfli görüş başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
***
17:13
İndi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov üçtərəfli görüşün nəticələrini barədə danışarkən deyib.
"Onlar bundan sonra əldə edilən nəticələr barədə bizə məlumat verəcəklər", - Lavrov söyləyib.