Modern.az

Rusiya Baxmutda hər gün 1 batalyon itirir - Reznikov

Rusiya Baxmutda hər gün 1 batalyon itirir - Reznikov

Dünya

19 May 2023, 17:25

Rusiya qüvvələrinin Baxmut istiqamətində 70 minə qədər itki və yaralısı var.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

 

Onun sözlərinə görə, Baxmut yaxınlığındakı Rusiya Silahlı Qüvvələri gündə 1 batalyon itirir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi