Qətər əmiri Təmim ibn Həməd Al Tani iştirak etdiyi Ərəb Liqasının Ciddə sammitini tərk edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən sammitə Suriya prezidenti Bəşər Əsəd 12 ildən sonra ilk dəfə qatılıb.
Qeyd edək ki, Qətər dəfələrlə Əsəd hakimiyyətdə qaldığı müddətcə, Suriyanın Ərəb Liqasına qaytarılması ilə razılaşmadığını rəsmi şəkildə bildirib.