Rusiya və İranın energetika nazirləri Nikolay Şulqinov və Əli Əkbər Mehrabian arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.
Rusiya və İran müxtəlif ölkələrin, o cümlədən Ermənistanın enerji sistemlərinin birləşdirilməsi çərçivəsində layihələri müzakirə edirlər.
Bildirilib ki, nazirlər Azərbaycan, İran və Rusiya sisteminin birləşdirilməsi, eləcə də Rusiya, Ermənistan, Gürcüstan və İran sistemlərinin birləşdirilməsi üzrə layihələrin həyata keçirilməsindən danışıblar.