Modern.az

Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - YENİLƏNİB 

Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - YENİLƏNİB 

19 May 2023, 19:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ATA İttifaqının namizədi Sinan Oğanla görüşü başa çatıb.

 

Modern.az xəbər verir ki, görüş bir saata yaxın davam edib.

 

***

18:20

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATA İttifaqının namizədi Sinan Oğanı qəbul edib. 

 

Modern.az xəbər verir ki, görüş Dolmabaxça sarayında keçirilir.

 

***

18:06

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ATA İttifaqının namizədi Sinan Oğanı qəbul edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilir ki, görüş Türkiyə Prezidentinin ofisində keçiriləcək.

 

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Sinan Oğan 5%-dən çox səs toplayıb. O, ikinci turda hansı namizədi dəstəkləyəcəyini açıqlamayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi