Modern.az

Gürcü deputatlar Rusiyaya görə dalaşdılar 

Gürcü deputatlar Rusiyaya görə dalaşdılar 

19 May 2023, 21:51

Gürcüstan parlamentinin “Aqmaşenebeli strategiyası” partiyasından olan deputat Giorgi Vaşadze və “Xalqın gücü” fraksiyasının üzvü Daçi Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

 

Modern.az xəbər verir ki, dava Gürcüstanın "TV Pirveli" telekanalında canlı yayımlayıb.

 

Vaşadze hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittiham edib.

 

Deputat çıxışını bitirəndən sonra Beraya ilə aralarında mübahisə baş verib, ardınca əlbəyaxa dava başlayıb.

 

Onları parlamentin məhkəmə icraçıları ayırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi