Modern.az

Gürcüstanda etiraz aksiyası keçirildi 

Gürcüstanda etiraz aksiyası keçirildi 

19 May 2023, 23:18

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya ilə birbaşa aviareyslərin bərpa edilməsinə etiraz məqsədilə aksiya keçirilir.

 

Modern.az xəbər verir ki, etirazlar axşam saatlarında da davam edib.

 

İctimai fəallar uçuşların yenidən qadağan edilməsini istəyir. Etirazçılar parlament binasının qarşısındakı mərkəzi Rustaveli prospektini bağlayıblar.

 

Qeyd edək ki, bu gün Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi