Modern.az

Daha iki ölkə Ukraynanın \"qırıcı koalisiyasına\" qoşulur

Daha iki ölkə Ukraynanın \

20 May 2023, 00:29

Danimarka və Portuqaliya Ukraynaya qırıcıların çatdırılması üçün yaradılan "təyyarə koalisiyasına" qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Koalisiya Niderland və Britaniya tərəfindən yaradılıb və Ukraynaya ilk növbədə F-16 qırıcılarının çatdırılması hədəflənir.

 

Danimarkada 30-a yaxın işlək vəziyyətdə olan F-16 var. Portuqaliya Hərbi Hava Qüvvələri isə 28 F-16 qırıcısını idarə edir.

 

Qeyd edək ki, Co Bayden G7 ölkələrinin liderlərinə ABŞ-ın ukraynalı pilotların təlim proqramını dəstəkləyəcəyini deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi