Modern.az

Bayden Zelenskini Yaponiyada gözləyir

Bayden Zelenskini Yaponiyada gözləyir

20 May 2023, 09:17

Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitinin keçirildiyi Xirosimaya gələrsə, ABŞ Prezidenti Co Bayden onunla görüşə bilər.

 

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

 

“Prezident Bayden Prezident Zelenski ilə təkbətək danışığı səbirsizliklə gözləyir”, - ABŞ rəsmisi deyib.

 

Sallivan Zelenskinin Yaponiyaya gəlişinin təmin edilməsində ABŞ-ın rolu olub-olmaması ilə bağlı sualı da cavablandırıb: “Zelenskini bura gətirən ölkə ABŞ deyil”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi