ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya Amerikanın F-16 qırıcılarının verilməsinin ən nüfuzlu tərəfdarıdır.
Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat verib.
Qəzet yazır ki, Pentaqonun müqavimətinə baxmayaraq, Amerikanın "Abrams" tanklarının təhvil verilməsi prosesinə də Ağ Evi inandıran dövlət katibi olub. Bu, nəhayət, Avropa müttəfiqlərinə tədarükə qoşulmağa imkan verib.
Bundan əlavə, mənbələrə görə, Ağ Evin F-16 qırıcılarının Kiyevə təhvil verilməsi ilə bağlı razılıq NATO müttəfiqləri, ABŞ Konqresi və şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskinin təzyiqinin nəticəsidir.