Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Mişel tviter hesabında yazıb.
“Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, - o bildirib.
Qeyd edək ki, Zelenski “Böyük yeddilik” ölkələrinin sammitində iştirak etmək üçün Yaponiyada səfərdədir.