Rusiya Ukraynanın Baxmut şəhərini tamamilə nəzarətə götürüb.
Modern.az xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
Onun sözlərinə görə, Baxmut artıq “Vaqner”in nəzarəti altındadır.
Qeyd edək ki, Ukrayna tərəfi Baxmutun işğalı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.