Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.
Görüş Xirosimada keçirilən G7 sammiti çərçivəsində baş tutub. O, Şoltsla Almaniyaya səfərinin nəticələrini müzakirə edib.
“Ukraynanın Almaniyadan aldığı güclü müdafiə yardımına görə təşəkkür etdim", - Zelenski yazıb.