Modern.az

Moldovada MDB sammitləri keçirilməyəcək - Sandu

Moldovada MDB sammitləri keçirilməyəcək - Sandu

20 May 2023, 19:56

Moldova hökuməti ölkədə Müstəqil Dövlətlər Birliyi (MDB) rəhbərlərinin görüşlərinin və Birlik çərçivəsində digər tədbirlərin keçirilməsindən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.

 

"Moldovada MDB sammitləri olmayacaq", - deyə o qeyd edib.

 

Sandu xatırladıb ki, parlament bu yaxınlarda Moldovanın MDB Parlamentlərarası Assambleyasından çıxması ilə bağlı qərar qəbul edib.

 

Qeyd edək ki, Moldova MDB-nin yaradılması haqqında sazişi ratifikasiya edən sonuncu dövlət olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi