Modern.az

Zurabişvili Rusiyaya uçuşa başlayan şirkəti boykot etdi

Zurabişvili Rusiyaya uçuşa başlayan şirkəti boykot etdi

Dünya

20 May 2023, 21:18

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin “Georgian Airways” aviaşirkətinin xidmətlərindən istifadə etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

 

Prezident Rusiyaya uçuşlara başladığı üçün şirkəti boykot edib: “Mənə gəlincə, bu dövlətdən (Rusiya) zənginləşmə üçün istifadə edən "Georgian Airways" şirkətini boykot edirəm".

 

Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edib. O, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini aradan qaldırıb.

 

Qeyd edək ki, Gürcüstana və əks-tərəfə uçuşlar "Azimut", "Georgian Airways", "Red Wings" şirkətləri tərəfindən həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi