Modern.az

Türkiyə xaricində səs verənlərin sayı açıqlandı - YENİLƏNİB

Türkiyə xaricində səs verənlərin sayı açıqlandı - YENİLƏNİB

20 May 2023, 23:52

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkələrdə yaşayan 452 257 nəfər səs verib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.

 

Səsvermə 73 ölkədəki 156 nümayəndəlik və sərhəd buraxılış məntəqələrində keçirilib.

 

***

21:28

 

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə səsvermə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

73 ölkədə və gömrük qapılarında səs vermək üçün 3461 seçki qutusu quraşdırılıb. Son məlumata görə, xarici nümayəndəliklərdə 230 min, sərhəd buraxılış məntəqələrində isə 12 min nəfər səs verib.

 

Səsvermə prosesi xarici ölkələrdə mayın 24-dək, sərhəd buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi