İsveçrənin Fransa sərhədinə yaxın Ponts-de-Martel bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qəza nəticəsində üç nəfər həlak olub. Yerli polisin yaydığı məlumata görə, qəza yerli vaxtla səhər saatlarında baş verib.
Qəza nəticəsində pilot və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Qəza hündür ərazidə baş verdiyindən xilasetmə əməliyyatları çətin olub.
Qəzanın səbəbi məlum deyil, araşdırma aparılır.