Modern.az

“G7” sammiti başa çatdı

“G7” sammiti başa çatdı

21 May 2023, 10:20

Yeddilik Qrupunun (“G7”) liderləri və bazar günü Hirosima sammitinə dəvət olunmuş dövlətlər proqram çərçivəsində planlaşdırılan bütün iş sessiyalarını başa vurublar.

 

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

 

Məlumata görə, cəmi üç gün ərzində 10 sessiya keçirilib. Sammitdə Ukrayna ətrafındakı vəziyyət, Çinlə münasibətlər, dünya iqtisadiyyatının problemləri, nüvə tərk-silahı, “G7”dən kənar tərəfdaşlarla əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

 

Mayın 20-də “G7” sammitinə dəvət olunmuş Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri qatılıblar. 

 

Bundan əlavə, bazar günü Yaponiyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələlərinə dair iki sessiyada, o cümlədən “G7”dən kənar ölkələrin liderləri ilə geniş tərkibdə iştirak edib.

 

Qeyd edək ki, bu il “G7”yə Yaponiya sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi