Modern.az

Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?

Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?

Dünya

22 May 2023, 09:28

"Vaqner" muzdluları ehtimal ki, Baxmutun qərb inzibati sərhədlərini ələ keçiriblər".

 

Modern.az xəbər verir ki, bu, ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında yazılıb.

 

Ekspertlərin fikrincə, Ukraynanın şəhərin kiçik hissəsinə nəzarət edilməsi iddiaları Rusiya qüvvələrinin bütün Baxmutu olmasa da, şəhərin qərb və şimal-qərb hissəsini nəzarətə götürdüyünün etirafıdır.

 

Mayın 21-də yayılan geolokasiya görüntülərində "Vaqner" qüvvələrinin Baxmutun ən qərb hissəsindəki yaşayış binası üzərində Rusiya və "Vaqner" bayraqlarını qaldırdıqları görünür.

 

Eyni zamanda, şəhərin tutulması Ukraynanın Baxmutun şimalında və ya cənubunda əks-hücumlarına təsir etməyəcək. Həmçinin bu, Ukraynanın şəhər ətrafındakı kommunikasiya xətlərinə nəzarətinə təsir etmir.

 

Xatırladaq ki, Ukrayna komandanlığı qoşunlarının Baxmutdan çıxarılmasını təkzib edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi