Modern.az

Rusiya “Storm” döyüş qrupu yaradır

Rusiya “Storm” döyüş qrupu yaradır

22 May 2023, 11:18

Rusiya "Storm" kod adı altında yeni elitar hücum aviasiya qrupu yaradır. 


Modern.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.


"Rusiya çox güman ki, Ukrayna üzərində fəaliyyət göstərəcək "Storm" kod adlı yeni elit zərbə təyyarələri qrupu yaradacaq. Bu bölmənin Su-24 FENCER və Su-34 FULLBACK qırıcı-bombardmançılarından ibarət ən azı bir eskadrilyadan ibarət olacağı ehtimal edilir. Təyyarə növlərinin birləşməsi qrupun yer hədəflərinə zərbələr endirməkdə böyük rol oynayacağını göstərir”, - kəşfiyyat məlumatında deyilir.

 

Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi böyük məbləğlər təklif etməklə təqaüddə olan pilotları döyüşə cəlb etməyə çalışır.


"Qrupun yaradılması Rusiyanın əsas funksiyasını, yəni Ukrayna cəbhə xəttində hava hücumları tapşırığını yerinə yetirməkdə ciddi şəkildə zəif çıxış edən müntəzəm hərbi hava qüvvələri eskadrilyalarını necə qiymətləndirdiyini nümayiş etdirir", - hesabatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi