Ermənistanda baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd ittihamı ilə saxlanılan, oğlu 44 günlük müharibədə ölən Qayane Akopyana dəstək aksiyası keçirilib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiya İrəvanın mərkəzində - hökumət binasının qarşısında baş tutub.
Etirazçılar Akopyanın azadlığa buraxılması tələbini irəli sürüblər. Aksiyaçılar 44 günlük müharibədə ölmüş erməni hərbçilərinin ailə üzlərindən ibarət olub.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Saxlanılanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Paşinyanın etirazçıların qarşısına toplaşdığı hökumət binasında mətbuat konfransı keçirməsi nəzərdə tutulub.