Modern.az

Ukraynalı hərbçilər F-16 təlimlərinə başlayıb

Ukraynalı hərbçilər F-16 təlimlərinə başlayıb

22 May 2023, 14:34

Ukraynalı hərbçilər artıq F-16-larla təlimə başlayıblar.


Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel deyib.

 

O, G7 ölkələrinin liderlərinin Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı mövqeyini dəstəklədiyini bildirib. 


"Ukraynalı pilotların təlimləri artıq başlayıb. Bu, görüləcək ilk işdir. Ümid edirəm ki, tezliklə biz Ukraynanı güclü silahlarla təmin edə biləcəyik", - Borel bildirib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi