Modern.az

İYİ Partiya qurultaya gedir - Akşener qərar imzaladı (FOTO)

İYİ Partiya qurultaya gedir - Akşener qərar imzaladı (FOTO)

Dünya

22 May 2023, 15:14

Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan İYİ Partiya qurultay keçirəcək.

 

Modern.az "Halk TV"yə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Meral Akşener müvafiq qərar imzalayıb.

 

Qurultay tarixi kimi 24-25 iyun günləri seçilib. Akşener partiyanın bütün struktur və təşkilatlarına qurultaya hazırlıq işlərini yerinə yetirmək göstərişi verib. Partiya nimamnaməsinə əsasən, 37-ci maddə sədrə belə hüquq verir.

 

Qeyd edək ki, bu, İYİ Partiyanın sayca 3-cü qurultayıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi