Modern.az

Lavrov Özbəkistan XİN başçısı ilə danışıqlar apardı

Lavrov Özbəkistan XİN başçısı ilə danışıqlar apardı

Dünya

22 May 2023, 15:56

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Özbəkistan Respublikasının XİN başçısı Bəxtiyar Səidov ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

"İkitərəfli münasibətlərimizə gəlincə, biz də prezidentlərimiz kimi məmnuniyyətlə bildiririk ki, sanksiya məhdudiyyətlərinə baxmayaraq, əlaqələr bütün istiqamətlərdə intensiv inkişaf edir. 2022-ci ildə ticarət dövriyyəsi 26% artaraq 9 milyard dollara yaxınlaşıb.

 

Prioritetlər arasında təhsil və elm sahəsində qarşılıqlı fəaliyyət də var. Bu gün 12 minə yaxın Özbəkistan vətəndaşı federal və regional büdcələr hesabına Rusiya universitetlərində təmənnasız təhsil alır. Növbəti tədris ili üçün özbək tələbələrə 800 kvota yeri ayrılıb. Biz Özbəkistanda rus dilinə və təhsilinə göstərilən diqqəti yüksək qiymətləndiririk.

 

Regional məsələlərdən söz düşmüşkən, biz MDB və ŞƏT-də sıx əməkdaşlıq edirik, Daşkəndin müşahidəçi qismində iştirak etdiyi Aİİ ilə əlaqələriniz inkişaf edir", - Lavrov deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi