Modern.az

Sanksiyalara tab gətirəcək resursumuz yoxdur - Paşinyan

Sanksiyalara tab gətirəcək resursumuz yoxdur - Paşinyan

Dünya

22 May 2023, 16:04

"Ermənistan sanksiyalara məruz qalsa, onsuz da müttəfiqlər üçün yaxşı olmayacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

"Bizim belə sanksiya rejiminə tab gətirmək üçün resurslarımız yoxdur. Ermənistan İranla heç də az vacib olmayan əlaqələr saxlayır, lakin bu ölkəyə qarşı beynəlxalq sanksiyalar elan olunanda İrəvan da onlara əməl etmək məcburiyyətində qaldı. Eyni zamanda, sanksiyalar səhlənkarlıqla pozula bilər, xüsusən də onların rejimi mürəkkəb olduğundan tez-tez dəyişir", - Paşinyan qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi