Dağılmış "ATA İttifaqı"ndakı Zəfər Partiyasının sədri Ümit Özdağ hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuşla görüşüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər daha sonra mətbuata açıqlamalarla çıxış ediblər.
Özdağ bildirib ki, görüş çox faydalı keçib: "Dostlarımızla görüşün nəticələrini analiz edəcəyik".
Kurtulmuş isə Özağla ölkənin problemlərini müzakirə etdiklərini söyləyib: "Ümid edirik ki, prezident seçkilərinin 2-ci turunda Zəfər Partiyası Ərdoğanı dəstəkləyəcək".
Qeyd edək ki, "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.
Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. Belə ki, Özdağın Kılıçdaroğlunu, Oğanın isə Ərdoğanı dəstəkləməsi ehtimal olunur.