Türkiyədə "Millət İttifaqı"na daxil olan, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlunun sədrlik etdiyi Gələcək Partiyasından 11 nəfər istefa verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istefa verənlər arasında Davutoğlunun 2 müavini və 2 müşaviri də var.
Özlərini "müsəlman demokrat" adlandıran qrup istefanın səbəblərinin göstərildiyi ortaq bəyanat imzalayıb. Belə ki, 11 partiya üzvü prezident seçkilərinin 2-ci turu ilə bağlı aparılan seçki kampaniyasından narazı qalıblar.
Bildirilib ki, qaçqınların vətənlərinə geri göndərilməsi ilə bağlı vədlər və seçilmiş sərt ritorika onlar üçün qəbuledilməzdir.